Kioto protokolu

Kioto protokolu
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Kioto protokolu
  İkinci dövrdə məcburi hədəfləri ilə Əlavə B tərəfdarları   Birinci dövrdə məcburi hədəfləri ilə Əlavə B tərəfdarları   Məcburi hədəfləri olmayan Əlavə B tərəfləri    Birinci dövrdə məcburi hədəfləri olan, lakin Protokoldan çıxmış Əlavə B tərəfdarları   Protokolu ratifikasiya etmədən imzalayanlar   BMT-nin digər üzv dövlətləri və Protokolun iştirakçısı olmayan müşahidəçilər
  İkinci dövrdə məcburi hədəfləri ilə Əlavə B tərəfdarları
  Birinci dövrdə məcburi hədəfləri ilə Əlavə B tərəfdarları
  Məcburi hədəfləri olmayan Əlavə B tərəfləri
   Birinci dövrdə məcburi hədəfləri olan, lakin Protokoldan çıxmış Əlavə B tərəfdarları
  Protokolu ratifikasiya etmədən imzalayanlar
  BMT-nin digər üzv dövlətləri və Protokolun iştirakçısı olmayan müşahidəçilər
İmzalanma tarixi 11 dekabr 1997
İmzalanma yeri Kioto, Yaponiya
Qüvvəyə minməsi 16 fevral, 2005
 • şərtləri Konvensiyanı ən azı 55 dövlətin ratifikasiyası
İmzalayanlar 84 (1998–1999 imzalanma dövrü)
Tərəflər 192[1][2] (Avropa İttifaqı, Kuk adaları, Niue və 2022-ci ilə qədər Andorra, Kanada, Cənubi Sudan və ABŞ istisna olmaqla, bütün BMT-yə üzv dövlətləri)
Dili çex dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vikimənbənin loqosu Kioto protokolu Vikimənbədə
Kyoto protokolunun uzadılması (2012–2020)
Kyoto protokoluna Doha düzəlişi
Müqavilənin tipi Beynəlxalq müqaviləyə dəyişiklik
Hazırlanma tarixi 8 dekabr, 2012
İmzalanma tarixi 11 dekabr 1997
İmzalanma yeri Doha, Qətər
Qüvvəyə minməsi 31 dekabr, 2020[3]
 • şərtləri 144 iştirakçı dövlət tərəfindən ratifikasiyası tələb olunur
İmzalayanlar 147[3]
Tərəflər Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Çin, Kosta-Rika, Xorvatiya, KubaÇexiya
Dili çex dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vikimənbənin loqosu Kioto protokolu Vikimənbədə

Kioto protokolu (yaponca: 京都議定書, Hepbörn: Kyōto Giteisho?)[4] qlobal istiləşmə və iqlim dəyişiqliyi mövzüsünda mübarizə aparmağa yönəlik beynəlxalq protokol. Müqavilə, 1992-ci il BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasını (UN FCCC) genişləndirən beynəlxalq müqavilə idi və iştirakçı dövlətlər qlobal istiləşmənin baş verdiyi və insan tərəfindən törədilən CO2 emissiyalarının buna təkan verdiyinə dair elmi konsensusa əsaslanaraq, istixana qazları emissiyalarını azaltmağı öhdəsinə götürmüşdür. Kioto protokolu 11 dekabr 1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. 2020-ci ildə Protokola 192 tərəf (Kanada 2012-ci ilin dekabrından qüvvəyə minmiş protokoldan çıxdı) qoşulmuşdu.[2]

Kioto protokolu UNFCCC-nin atmosferdə istixana qazlarının konsentrasiyalarını “iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyəyə” endirməklə qlobal istiləşmənin başlanğıcda azaltmaq məqsədini reallaşdırdı. Kioto protokolu Əlavə A-da sadalanan yeddi istixana qazına: karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), hidroftorkarbonlar (HFCs), perfluorokarbonlar (PFC), kükürd heksaflorid (SF6), azot trifluorid (NF3) tətbiq edilib.[5] Doha raundu zamanı ikinci uyğunluq dövrü üçün azot trifluorid da əlavə edilib.[6]

Protokol ümumi, lakin fərqli öhdəliklər prinsipinə əsaslanırdı. O, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf sayəsində iqlim dəyişikliyi ilə mübarizədə müxtəlif imkanlara malik olduğunu qəbul edir və buna görə də atmosferdəki istixana qazlarının hazırkı səviyyələrinə cavabdeh olduqlarını əsas götürərək, cari emissiyaları azaltmaq öhdəliyini inkişaf etmiş ölkələrin üzərinə qoyurdu.

Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayaraq, 2012-ci ildə sona çatıb. Birinci öhdəlik müddətində tam şəkildə iştirak edən 36 ölkənin hamısı Protokola əməl etmişdir. Bununla belə, doqquz ölkə digər ölkələrdə emissiyaların azaldılmasını maliyyələşdirməklə çeviklik mexanizmlərinə müraciət etməli olub, çünki onların milli emissiyaları hədəflərindən bir qədər çox idi. 2007-2008-ci illərin maliyyə böhranı emissiyalara da təsirsiz ötüşməyib. Ən böyük emissiya azalmaları keçmiş Şərq bloku ölkələrində müşahidə edilirdi, çünki Sovet İttifaqının dağılması 1990-cı illərin əvvəllərində onların emissiyalarını da azaltmışdı.[7] 36 inkişaf etmiş ölkə emissiyalarını azaltsa da, 1990-cı ildən 2010-cu ilə qədər qlobal emissiyalar 32% artıb.[8]

2012-ci ildə 37 ölkənin məcburi hədəfləri olan Kioto protokoluna Doha dəyişikliyi kimi tanınan sazişin müddətini 2020-ci ilə qədər uzatmaq üçün ikinci öhdəlik dövrü: Avstraliya, Avropa Birliyi (və o vaxtkı 28 üzv dövlət), Belarus, İslandiya, Qazaxıstan, Lixtenşteyn, Norveç, İsveçrəUkrayna ilə razılaşdırıldı. Belarus, Qazaxıstan və Ukrayna Kioto protokolundan çıxa biləcəklərini bəyan etdilər.[9] Yaponiya, Yeni ZelandiyaRusiya Kiotonun birinci mərhələsində iştirak etmişdilər, lakin ikinci öhdəlik dövründə yeni hədəflər götürmədilər. İkinci mərhələ hədəfləri olmayan digər inkişaf etmiş ölkələr: Kanada (2012-ci ildə Kioto protokolundan çıxıb) və ABŞ (ratifikasiya etməyib) olub. Kanadanın geri çəkilmək qərarı nazir Piter Kenti narahat etdi. 2020-ci ilin oktyabr ayına olan məlumata görə, 147 dövlət Doha dəyişikliyi qəbul edib.[10] As of October 2020, 147[3][11] İkinci öhdəlik müddəti eyni gündə başa çatsa da, minimum 144 dövlət tərəfindən qəbul edildikdən sonra o, 31 dekabr 2020-ci ildə qüvvəyə minmişdir. Məcburi öhdəlikləri olan 37 tərəfdən, 34-ü ratifikasiya etmişdi.

2020-ci ildə başa çatan ikinci öhdəlik müddətindən sonra görüləcək tədbirlərə dair BMT-nin İqlim Dəyişmələri üzrə illik konfransları çərçivəsində danışıqlar aparılıb. Bu, 2015-ci ildə, Kioto protokoluna düzəliş deyil, UNFCCC çərçivəsində ayrıca sənəd olan Paris sazişinin qəbulu ilə nəticələndi.

Azərbaycan 9 dekabr 2003-cü ildə «Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyanın dəyişdirilməsi haqqında Protokola və «Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında» Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş redaksiyada) qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu ilə Kioto konvensiyasına qoşulmuşdur.

  1. "Status of Ratification". unfccc.int. United Nations Framework Convention on Climate Change. 2020-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  2. 1 2 "7 .a Kyoto Protocol to the United Nations Framework Convention on Climate Change". UN Treaty Database. 8 October 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 November 2014.
  3. 1 2 3 "7 .c Doha Amendment to the Kyoto Protocol". UN Treaty Database. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2015.
  4. "Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolunun B Əlavəsinə edilmiş əlavənin təsdiq olunması barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-21.
  5. "Overview of greenhouse gases - Defra, UK". Naei.beis.gov.uk. 23 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2022.
  6. "Doha amendment to the Kyoto Protocol" (PDF). Unfcc.int. 24 December 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 March 2022.
  7. Shishlov, Igor; Morel, Romain; Bellassen, Valentin. "Compliance of the Parties to the Kyoto Protocol in the first commitment period" (PDF). Climate Policy. 16 (6). 2016: 768–782. Bibcode:2016CliPo..16..768S. doi:10.1080/14693062.2016.1164658. 2023-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-06.
  8. "The Emissions Gap Report 2012" (PDF). United Nations Environment Programme. 2012. səh. 2. 2023-01-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-07.
  9. Figueres, C., "Environmental issues: Time to abandon blame-games and become proactive - Economic Times", The Economic Times / Indiatimes.com, Times Internet, 15 December 2012, 2023-01-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2012-12-18
  10. "Canada pulls out of Kyoto Protocol". CBC News. December 12, 2011. 11 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2023.
  11. "United Nations Framework Convention on Climate Change". United Nations Framework Convention on Climate Change. 8 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2016.

Developed by StudentB